Subsidiyalar artırılıb

  • 12.03.2021
  • 0

Fermerlər hər hektara görə 10-50 manat daha çox subsidiya alacaq
Fermerlərin dizel yanacağı ilə bağlı artan xərclərini kompensasiya etmək məqsədilə əkin subsidiyası artırılıb. Bu məqsədlə hökumət tərəfindən 2021-ci ilin dövlət büdcəsində əlavə vəsaitin ayrılması nəzərdə tutulur.

Qərara əsasən bitkilərin xüsusiyyətinə görə, fermerlərə hər hektara 10 manatdan 50 manata qədər əlavə ödəniş ediləcək. Belə ki meyvə bağlarına 10 manat, çuğundura 50 manat, buğda, çəltik, qarğıdalı, qarabaşaq, yer fındığı, zəfəran, günəbaxan, tütün, pambıq, kartof, 4 ilə qədərki üzüm bağları, 7 ilə qədərki çay plantasiyalarıan görə isə hər hektara əlavə 40 manat ödəniş olacaq.

Hazırda fermerlərə subsidiya ödənişləri davam edir. ilkin mərhələdə ötən ilin yekununda təsdiqlənmiş məbləğlər üzrə ödəmələr aparılır, artımlar isə il ərzində həyata keçiriləcək.

Qeyd edək ki, fermerlər əkin subsidiyasının 25 faizini nağd formada, 75 faizini isə gübrə, biohumus, pestisid, toxum və ting şəklində alır. Subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir.

REAL

 

Nə düşünürsən?