“Space”ə yeni rəhbər təyin olundu

  • 05.05.2021
  • 0

"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.

Bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb.

Ülviyyə Mikayilova yeni təyinatı barədə məlumatı təsdiq edib.

Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub.

O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb. (Report)

Nə düşünürsən?