Şoyqudan Qarabağla bağlı mühüm: Yeni oyunçu ortaya çıxır

  • 17.03.2021
  • 0

Prezident Putin Qarabağla bağlı razılaşmaları əldə etmək üçün çox böyük səylər göstərib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstan mediasına danışarkən deyib.

O, Türkiyə ilə Qarabağ trekində qarşılıqlı fəaliyyəti “çox çətin” əməliyyat hesab etdiyini açıqlayıb: “Elə bir vəziyyət yaranmışdı ki, burada hamını razı salmaq lazım gəlirdi. Yəni “mən razıyam, qarşı tərəfi razı salın” deyən kimsə yox idi. Həmkarlarımız və müdafiə nazirləri səviyyəsində türkiyəli tərəfdaşlarımızla danışıqlar apardıq. Bu gün görülən ən başlıca iş insanların bir-birini öldürməsinin dayandırılmasıdır”.

Nazir qeyd edib ki, artıq Azərbaycanla Ermənistanın ikitərəfli danışıqlar aparması, dialoqa keçməsi zamanı yetişib: “Burada, əlbəttə ki, çox şey Rusiya ilə Türkiyə arasındakı münasibətlərdən asılıdır. Yeni oyunçular, köhnə qonşular öz təklifləri ilə ortaya çıxır. İranı nəzərdə tuturam. Bu, infrastrukturun inkişafı, dəmir yolu, hidroenerji və nəqliyyat əlaqələri və sairdir”.

Nə düşünürsən?