Son dəqiqə! Xalq artistimiz vəfat etdi!

  • 21.03.2021
  • 0

Xalq artisti Ramiz Məmmədov vəfat edib.

Bu barədə Oxu24.com-a  Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova-Rüstəmova məlumat verib.

O, aktyorun bu gün günorta saatlarında vəfat etdiyini bildirib. 

Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Ramiz Məmmədov 1956-cı ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan R.Məmmədov Musiqili Komediya Teatrına dəvət alıb. 

Televiziyanın "Səhər görüşləri"ndə, "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanıb. 

2001-ci ildə Əməkdar Artist, 2013-cü ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 

Allah rəhmət eləsin.

Nə düşünürsən?