ŞOK! Əsgərlərimiz bu yolla gedərkən nə baş verdi?

  • 27.11.2020
  • 0

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad etmək uğrunda apardığı Böyük Vətən müharibəsi bir neçə səbəbdən dünya hərb tarixinə yazılıb. Bu səbəblərdən biri döyüşlərdə ən müsair texnologiyalardan, xüsusilə də dronlardan bacarıq və məharətlə istifadə olunmasıdır. Digər bir səbəb Azərbaycanın müharibədə tətbiq etdiyi hərbi taktikanın dəqiq və peşəkar hazırlanmasıdır. Məhz Ordumuzun Şuşa şəhərini azad etmək üçün həyata keçirdiyi misilsiz əməliyyat dünya hərb tarixinə düşəcək əməliyyatlardan biri sayılır. Şuşanın azad olunması əməliyyatının detalları barədə ilk dəfə xarici mətbuat orqanlarında məlumatlar getməyə başladı. Şəhərdən qovulan erməni hərbçilərin dediklərini dərc edən həmin mətbu orqanlardakı materiallarda Azərbaycan hərbçilərinin Şuşaya yolla deyil, sıldırım qayalarla, yüngül silahlarla çıxdıqları, şəhid və yaralı hərbçi dostlarını da özləri ilə daşıdıqları qeyd olunurdu. Daha sonra Rusiya mətbuatı Şuşanın faktiki olaraq əlbəyaxa döyüş nəticəsində azad olunduğunu yazdı. İki gün əvvəl işğaldan azad olunmuş Ağdam şəhərinə gedən Prezident İlham Əliyev də Şuşa əməliyyatından danışıb: Sosial şəbəkələrdə isə qazi Alik Məmmədovun Şuşanın necə alınması ilə bağlı paylaşımı yayılıb: “Şuşaya kanatla qalxdıq, yarım metr qarda 14 saat kəşfiyyatdan sonra, 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, “limonka” ilə döyüşə gedirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı buradakından azı üç dəfə çox idi, çünki onlar bizim oradan, yollardan hücum edəcəyimizi güman edirdilər. Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımızın-Hikmət Mirzəyevin düzgün döyüş tapşırığı, düzgün koordinatları olmasaydı məhv ola bilərdik. Amma hər şey zərgər dədiqliyi ilə ölçülüb-biçilmişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxmini desəm 40-a yaxın erməniyə bıçaq salıb-çıxartmışam həmin hücum anı. Onların arasına düşən panika belə general tərəfindən hesablanmışdı, panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdı. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onların formasında belə biz ola bilərdik. Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah-sursat və canlı qüvvə ilə təmin eləmişdi. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı. Sözsüz ki, müharibə dövrünün şah əməliyyatı Şuşada keçirilən əməliyyatdır. Məhz bu əməliyyat düşmənin ürəyinə saplanan bıçaq oldu, onun diz çökməsinə gətirdi. Düşünürəm ki, Şuşa əməliyyatının dəqiq qiyməti hələ bir müddətdən sonra veriləcək”. Şuşa döyüşünə qədər Ordumuzun qələbələrini inkişaf etmiş texnologiyalardan, döyüş vasitələrindən istifadə ilə bağlayırdılarsa, bu şəhər uğrunda gedən döyüş hərbçilərimizin də yüksək döyüş qabiliyyətinə malik olduğunu ortaya qoydu. Ondan sonra heç kim iddia etmir ki, Azərbaycan döyüşlərdə dronlar hesabına qələbə qazandı. Şuşa elə bir yerdir ki, oranı 5-10 günlük hazırlıqla azad etmək mümkün deyildi. Bunun üçün illərlə hazırlıq keçilməsi lazım idi. Şuşa əməliyyatının xarakteri eləydi ki, orada heç bir səhvə yol vermək olmazdı. Əməliyyat ən kiçik detallarına qədər, ən yüksək dəqiqliklə, dəqiq kəşfiyyat məlumatları əsasında və yüksək peşəkarlıqla hazırlanmalıydı, hazırlandı da. Əməliyyata elə heyət cəlb olundu ki, onun icrasında kiçik də olsa səhvə yol verilmədi”. Şuşa demək olar ki, dağıntısız azad olundu. Hərbçilərimiz sıldırım qayalarla yuxarı qalxaraq düşməni heç gözləmədiyi yerdə yaxaladılar, yaxın məsafəli, əlbəyaxa döyüşdə onu məğlub edib, içərilərə sızdılar. Daha sonra şəhərin içinə doğru irəlilədilər, bu isə düşməni panikaya düşməsinə, idarəçiliyi itirməsinə gətirib çıxardı. Beləliklə, düşmən bütünlüklə Şuşadan qovuldu. Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsi müasir döyüş tarixində tamamilə yeni bir səhifənin əsasını qoydu. Əməliyyatların zirvəsində gələn Şuşa döyüşü isə vaxt gələcək kinolara çəkiləcək, ən müxtəlif səviyyələrdə araşdırılacaq, haqqında onlarla əsərlər yazılacaq”.