ŞOK AÇIQLAMA: "Qiymətlər artacaq – Hökumət təcili..."

  • 20.02.2021
  • 0

Xəbərləri ilk oxumaq üçün Abunə Ol ►►► Xəbərləri ilk oxumaq istəyirsən? ►►► Kanalımıza ABUNƏ olun ►►► Bildiriş olaraq gəlməsi üçün "zınqırov" işarəsinə vurun! ►►► Kanalımıza Youtube üzərindən abunə olmaq üçün linkə daxil olun ⤵⤵⤵⤵⤵⤵⤵⤵⤵⤵⤵ ► https://goo.gl/xjWq9v Xəbərin mətni ⤵⤵⤵ ► ŞOK AÇIQLAMA: "Qiymətlər artacaq – Hökumət təcili tədbirlər görməsə..." ◄ ► Marketlərdə, bazarlarda ərzağın, gündəlik tələbat mallarının qiymətində çox böyük artım var. Yalnız ərzaq deyil, digər məhsullarda da çox ciddi artım var. Bu sözləri Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü deyib.   Onun sözlərinə görə bahalaşma nə maaşla, nə də əhalinin gündəlik gəlirləri ilə qətiyyən uyğun gəlmir. Mübariz Göyüşlü 2021-ci il girəndən benzin və dizelin bahalaşmasından, suyun qiymətinin iki dəfə artmasından sonra durumun daha da pisləşdiyini qeyd edib.   Sitat: “Tarif Şurası qiymətləri qaldıranda əhalini əmin etmişdi ki, süni qiymət artımına imkan verilməyəcək. Bir sıra dırnaqarası ekspertlər də çıxıb xalqı əmin edirdilər ki, bahalşma filan olmayacaq. Bəs nə oldu o vədlər? Əslində bahalşma neçə ildir ki, gedir. Hər şeyin qiyməti yavaş-yavaş qalxıb. Amma son bir neçə ayda Tarif Şurasının qərarları vəziyyəti lap çətinləşdirdi”.  Mübariz Göyüşlü bahalşmanın kasıb əhalinin ağır durumunu daha da ağırlaşdırdığını qeyd edib. Sitat: “Əhalinin kasıb və orta təbəqəsinin vəziyyəti dözülməzdir. Marketlərə və bazarlara yaxın düşmək olmur. Bu gedişatla qiymətlər daha da artacaq. Hökumət təcili bu barədə tədbirlər görməli, qiymətləri tənzimləməli, maaşların, pensiyaların artırılmasına çalışmalıdır. Yoxsa bu vəziyyət daha da pisləşəcək. Belə durumda hər an sosial partlayış ola bilər”.   Gülnar Ələmdarqızı Yeni Media

Nə düşünürsən?