Sərt karantin rejiminin nəticəsi nə oldu?

  • 06.02.2021
  • 22 baxış
  • 0

Koronavirusa yoluxma sayı azalıb Azərbaycanda son 10 gündə koronavirusa 1 449 yoluxma faktı qeydə alınıb, 3 644 nəfər isə sağalıb. Sağalma sayı yoluxma sayını 2 dəfə çox üstələyir. Xatırladaq ki, sonuncu sərtləşdirilmiş karantin rejimi ötən il dekabrın 14-dən yanvarın 18-dək həyata keçirilməyə başlayıb. Sərt karantindən əvvəl yoluxma sayı 5000 ə qədər qalxdığı halda lakin sərt karantin rejimi dövründə bu rəqəm 100-dək düşüb. Yanvarın 18-dən etibarən isə yoluxma sayının azalması nəticəsində ölkədə sərt karantin rejimi mərhələli şəkildə yumşaldılmağa başladı. Karantin rejiminin yumşaldılması isə virusun bitməsi anlamına gəlmir. Əksinə bu proses üzərimizə daha böyük məsuliyyətlər qoyur. Nəzərinizə çatdıraq ki,bundan əvvəl ölkədə tətbiq olunan sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılması zamanı yoluxma sayının kəskin artımını müşahidə etmişdik, daha sonra isə yenidən sərt karantin rejiminə qayıtdıq. Xatırladaq ki, hazırda bir çox ölkələrdə sərt karantin rejimi tətbiq olunur, üstəlik virusun yeni ştammları aşkar olunmağa başlayıb. Buna görə biz də ölkə olaraq ehtiyyatı əldən verməməli, sağlamlığımızdan bərk yapışmalıyıq

Nə düşünürsən?