Sərhədçilər peyvənd olunur

  • 18.02.2021
  • 0

İndiyədək Dövlət Sərhəd Xidmətinin 23 əməkdaşı peyvənd edilib.
Bu gündən Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalında Dövlət Sərhəd Xidmətinin zabit, giriz və mülki heyətinin vaksinasiyasına başlanılıb.

Qəbul edilmiş qaydalara əsasən əvvəlcə hospitalın tibbi heyəti peyvənd edilib. Bu işlər çərçivəsində ölkəmizin sərhədlərin qoruyan heyət də hissə hissə peyvəndləməyə cəlb edilir ki, bu da Dövlət Sərhəd Xidmətinin qərargahı tərəfindən tənzimlənir.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin tibb idarə rəisi tibb xidməti polkovniki Kənan Yusifzadə bildirdi.

Kənan Yusifzadə bildirdi ki, dövlət sərhəd xidməti hələlik 5 min doza peyvəndlə təchiz edilib. Bundan başqa dövlət sərhəd xidmətinin azad olunmuş ərazilərdə xidmət aparan heyətinin də Bakı qarnizonundan sonra mərhələli şəkildə peyvənd edilməsi nəzərədə tutulur.

Nə düşünürsən?