"Səhnədən səngərə" layihəsi: Şəhid Əliağa Məmmədov

  • 27.05.2021
  • 0

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi "Səhnədən səngərə" layihəsinin ikinci buraxılışını təqdim edir.

Publika.az xəbər verir ki, layihə çərçivəsində hazırlanan növbəti videoçarx 44 günlük Vətən müharibəsi müddətində gedən qızğın döyüşlər zamanı savaş yoldaşlarının həyatını qurtarmaq üçün özünü sipər edərək, qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidimiz Əliağa Məmmədovun əziz xatirəsinə həsr olunur.

Videoçarxda 19 yaşında əbədi işığa doğru yol alan Əliağa Məmmədovu dərin kədər, həmçinin böyük qürurla xatırlayan valideynləri, iş yoldaşları qəhrəmanımızın ən böyük arzusundan, teatra olan sonsuz sevgisindən, şücaətindən söz açıblar.

 

Nə düşünürsən?