Şəhidlərimizin uyuduğu Fəxri xiyaban

  • 05.12.2020
  • 0

Ötən gün Azərbaycanda Vətən müharibəsindəki şəhidlərimizin anım mərasimi keçirilib. Axşam.az xəbər verir ki, Bakıda insanlar şəhidlərin dəfn edildiyi Fəxri xiyabana yollanaraq onların məzarlarını ziyarət ediblər. Onlar arasında şəhidlərin anaları da yer alıb. AzTV Fəxri xiyabandan süjet hazırlayıb. Şəhid məzarlarını ziyarət edən anaların kədəri bir başqa görünür. Onlar məzar daşlarına sığal çəkməklə sanki öz qəlblərini rahatladırlar. Şəhid anası Səadət Şirəliyeva bütün şəhidlərimizin cənnətlik olduğunu deyir: “Vətən sağ olsun! Allah bütün şəhidlərimizi cənnətlik eləsin! Onlar tarix yazdılar. Mənim övladım da, bütün şəhidlərimiz də tarix yazdılar”.

Nə düşünürsən?