Şəhid xəbəri gələn Əkbər İkinci Fəxri Xiyabanda dəfn olundu

  • 16.02.2021
  • 0

Vətən müharibəsində itkin düşən kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlu bu gün Bakıda İkinci Fəxri Xiyabanda dəfn olunub.

Bu barədə “Qafqazinfo”ya şəhidin yaxınları məlumat verib. Bildirilib ki, bu gün səhər saatlarında şəhidin cənazəsi doğulduğu Neftçala rayonunun Xıllı qəsəbəsinə gətirilib. Xıllı məscidinə aparılaraq cənazə namazı qılınıb və dəfn üçün Bakıya yola salınıb.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Əkbər Quliyev hərbi xidməti Tərtərdə başa vurub. O, müharibədən öncə təlimlərə cəlb edilib, daha sonra isə döyüşlərə qatılıb. Hərbçinin şəhid olduğu DNT analizi nəticəsində təsdiqlənib.

Nə düşünürsən?