Şəhid polkovnik-leytenantın anası danışır

  • 20.11.2020
  • 9.7K baxış
  • 0

Sizə də tanıdacağımız daha bir şəhidimizin həyatı ilə tanış olduqca 37 illik ömrünə nələri sığışdırdığını, təkcə ailəsinə deyil, tabeliyində olan əsgərlərə də az qala, ata qayğısı göstərdiyini öyrənirik. Söhbət Vətənimizin bütövlüyü yolunda, sözün həqiqi mənasında, canını qoyanlardan biri - “Canavar” ləqəbli polkovnik-leytenant Rəşad Quliyevdən gedir. “Qafqazinfo” bir neçə gün öncə 40 mərasimi keçirilən şəhidimizin ailəsinə baş çəkib, qəhrəmanımızla bağlı xatirələri vərəqləyib. Şəhidin anası Mətanət Quliyeva deyir ki, Rəşadın hərbçi olması həyatdan vaxtsız köçən atasının vəsiyyəti olub. Bu səbəbdən də oğlunu özü əli ilə Cəmşid Naxçıvanski adına hərbi litseyə gətirib. Hərb sənətinə sevgisi o qədər güclü olub ki, qəbul imtahanında yüksək nəticə göstərən Rəşadı ikinci kursa götürüblər. Ali Hərbi Akademiyanı başa vurandan sonra isə bütün ömrü cəbhə bölgələrində keçib. İkinci Qarabağ müharibəsinə qədər 2016-cı il Aprel döyüşlərində də iştirak edib, Lələtəpə uğrunda döyüşüb.

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?