Səbail rayonunda 300 ağac əkilib

  • 10.05.2021
  • 0

Mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Səbail rayonu, Salyan şossesi 32 ünvanında Səbail Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən ağacəkmə aksiyası təşkil olundu.Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq Salyan yolu 32 ünvanında 300-dən artıq Eldar şamı, bəzək və gül kolları əkilib, onların mühafizəsi üçün qoruyucu zolaqlar çəkilib, əvvəl əkilən gül və yaşıllıqlara qulluq göstərilib.

Ərazidə təmizlik işləri aparılıb, ağacların dibi quru otlardan, daş və məişət tullantılarından təmizlənib. Yeni əkiləcək ağacların damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilib.

Qeyd edək ki, ərazidə təmizlik işləri aparılıb, ağacların dibi quru otlardan, daş və məişət tullantılarından təmizlənib. Yeni əkiləcək ağacların damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilib.

REAL

Nə düşünürsən?