Şahidovun statusu erməniləri dəli edib: Təsəlli başladı...

  • 05.05.2021
  • 0

Özünü Qarabağdakı erməni separatçıların “xarici işlər naziri” adlandıran David Babayan Xankəndinin Azərbaycanın nəzarətinə keçəcəyinə dair azərbaycanlı bloger Əhməd Şahidovun yaydığı məlumatdan sonra ermənilərə təsəlli verməyə başlayıb.

Axar.az xəbər verir ki, “Tert.am”a açıqlama verən Babayan Rusiya sülhməramlılarının Qarabağda olduğu, Rusiyanın stabil qaldığı müddətdə Qarabağ məsələsinin hərbi yolla həllinin mümkün olmayacağını deyib.

Babayanın iddiasına görə, Qarabağda hərbi əməliyyat Rusiyaya qarşı aqressiya deməkdir.

“İravunk” qəzeti isə Şahidovun statusundan sonra Rusiya sülhməramlılarının İrəvan-Xankəndi yoluna nəzarəti gücləndirdiklərini bildirib. Qəzet sülhməramlıların bunu hansı məqsədlə etdiklərinə aydınlıq gətirməyib.

Qeyd edək ki, bir neçə gün öncə ictimai fəal Əhməd Şahidov iyunda Xankəndinin Azərbaycanın tam nəzarətinə keçəcəyini bildirib. Bu status Ermənistan mediasında və sosial şəbəkələrində əməlli-başlı panika yaradıb.x

Nə düşünürsən?