Sahibsiz itlər üçün yeni sığınacaq tikildi

  • 23.04.2021
  • 0

Sahibsiz itlər...Bu məsələ Qubada son dövrlərin ən ciddi problemlərindən biridir desək yanılmarıq. Elə it dişdəmələri ilə bağlı statistikaya nəzər saldıqda məsələnin nə dərəcədə ciddi olduğunu görmək mümkündür.

Belə ki, Quba Rayon Mərkəzi Xəstəxanasına 2020-ci ildə 695, cari ilin 4 ayı ərzində isə 163 nəfər it dişləməsi ilə bağlı müraciət edib. Sahibsiz itlər vaksinasiya olunmadığı üçün quduzluq xəstəliyinin də əsas daşıyıcılarıdır. Elə sakinlərin ən böyük narahatlığı da məhz bu xəstəliyin yayılması ilə bağlıdı.

Tezliklə Qubada sahibsiz itlərin sakinlərə yaratdığı problem tarixə qovuşacaq. Çünki regionda ilk dəfə olaraq məhz Qubada sahibsiz itlər üçün sığınacaq yaradılıb.

Sığınacağın yaradılmasında məqsəd həm sakinləri təhlükədən qorumaq həm də itlərə sahib çıxmaqdır.

1 hektar ərazini əhatə edən sığınacaqda 10 minədək sahibsiz itin saxlanılması mümkündür. Həmçinin sığınacaqda itlərin müayinə və müalicəsi üçün xüsusi laboratotiya da yaradılıb.

Sığınacağın yaradılmasını heyvansevərlər və bu sahə ilə məşğul olan təşkilatlar da yüksək qiymətləndirirlər.

Yenicə fəaliyyətə başlayan sığınacağı bir çox rəsmilər o cümlədən Qubada səfərdə olan İsrailin ölkəmizdəki səfirinin müavini Doron Peer də ziyarət etdi. Onlar burada sahibsiz itlər üçün yaradılan şəraitlər tanış oldular.

Nə düşünürsən?