Sabah Kəlbəcərin azad olunacağı gündür

  • 14.11.2020
  • 0

Sabah - noyabrın 15-də ermənilərin Kəlbəcər rayonunu boşaltması üçün verilən vaxt başa çatır. BBC Azərbaycanın Kəlbəcər rayonundan qanunsuz məskunlaşan ermənilərin köçdüyünü göstərən reportaj hazırlayıb. BiG.AZ xəbər verir ki, reportajda da görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər, hətta pəncərə çərçivələrini, unitazları belə götürürlər. İşğal olunmuş ərazilərdə maddi mədəni sərvətlərimizin dağıdılması və qarət olunması indi də davam edir. Ermənilər apara bilmədiyi hər şeyi isə yandırır, məhv edirlər. Ermənilər çıxarkən evləri, mağazaları yandırırlar. BBC-nin videoreportajı razılaşmaya uyğun olaraq ermənilərin Kəlbəcəri tərk etdiyini təsdiqləyir. Razılaşmanın icra olunmaqda olduğu buradan görünür. Azərbaycanın ərazicə ən böyük rayonu Kəlbəcər müharibəsiz, qansız, şəhidsiz geri qaytarılır. Azərbaycan Prezidenti İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. Kəlbəcərdən ermənilərin çıxması bu uğurun nəticəsidir. /Metbuat.az

Nə düşünürsən?