Saakaşvilinin sözçüsü: "Onun şübhəli hesab olunmasına dair heç bir sənəd yoxdur"

  • 06.12.2017
  • 0

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili istintaqa izahat verməkdən imtina edib. APA TV-nin “RT” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə “Yeni qüvvələr hərəkatı”nın mətbuat katibi Maryana Poçtar bildirib. “Saakaşvili nə bir prosessual sənəd imzalayıb, nə də alıb. Nə o özü, nə də vəkilləri. Hətta şübhəli şəxs hesab olunmasına dair belə sənəd təqdim edilməyib”, - deyə Maryana Poçtar bildirib. Onun sözlərinə görə, dekabrın 6-da Ali Radanın qarşısında keçiriləcək brifinqdə M.Saakaşvili vəkilləri ilə birlikdə məsələyə aydınlıq gətirəcək. Qeyd edək ki, Baş Prokurorluq bundan əvvəl M.Saakaşvili barəsində axtarış elan edib.

Nə düşünürsən?