Saakaşvili intihara cəhd etdi, həbs olundu - REAL VİDEO

  • 05.12.2017
  • 0

Gürcü siyasətçi Mixail Saakaşvilinin Kiyevdəki mənzilində axtarış planlaşdırılıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, xüsusi xidmət orqanları əməkdaşları onun evinə bu gün səhər saatlarında gəlib. Axtarış aparılmasına etiraz edən Saakaşvili yoxlama başlanacağı təqdirdə intihar edəcəyini deyib. O, binanın damına çıxacağını bildirib. Bundan sonra Saakaşvili mənzilinin qapısını bağlayaraq, yaşadığı binanın çardağına çıxıb. O bildirib ki, əgər hüquq-mühafizə orqanı əməkdaşları qapını sındırıb içəri girsə, özünü damdan atacaq. Əməliyyatı davam etdirən asayiş keşikçiləri daha sonra dama çıxıb və Saakaşvilini həbs ediblər.

Nə düşünürsən?