Rusiyaya pomidor ixracı artırılır

  • 11.05.2021
  • 0

Azərbaycandan Rusiyaya pomidor məhsulunun ixracına tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılması istiqamətində AQTA adiyyəti qurumlarla birgə Rusiyanın müvafiq orqanlarıyla ardıcıl tədbirləri davam etdirir. Görülən işlərin nəticəsi kimi artıq bugünədək 96 pomidor istehsal edən müəssisəyə Rusiyaya ixrac üçün icazə verilib.Bu müəssisələrin ixrac potensialı 261 min 588 ton təşkil edir.

AQTİ-nin Elmi-Tədqiqat və Risklərin qiymətləndirilməsi departamentinin müdiri Camal Quliyev REAL-a müsahibəsində bildirdi ki, yaxın günlərdə bu məsələ ilə bağlı Rusiyadan nümayəndə heyəti ölkəmizə səfər edəcək.

Rusiyaya pomidor məhsulunun ixracına qoyulmuş məhdudiyyət ötən ilin sonlarında tətbiq edilib və səbəb kimi ixrac edilən məhsullarda pomidor minalayıcı güvəsinin aşkarlanması göstərilirdi.Camal Quliyev qeyd etdi ki,bu zərərverici demək olar ki,dünyanın bütün ölkələrində yayılıb.Burda əsas məsələ bu zərərvericinin daha geniş arealda yayılmasının qarşısını almaqdır.

AQTA məhsul ixracı ilə məşğul olan təsərrüfat sahiblərinə müraciət edərək dünyada qəbul olunmuş zərəvericilərlə mübarizə tədbirlərini daha da genişləndirməyi tövsiyə edir.

REAL

Nə düşünürsən?