Rusiyalı politoloqdan Q.Njde açıqlaması

  • 09.05.2021
  • 0

Njdenin-abidəsinin olması qətiyyən yolverilməzdir. Rusiya dövlətinin, сəmiyyətimizin mövqeyi aydındır. Qaregin Njde Hitler rejimi ilə fəal əməkdaşlıq etmiş hərbi cinayətkardır.

Bu fikirləri Ağdamda erməni vandallığına məruz qalmış əraziləri ziyarət edən rusiyalı politoloq Sergey Markov bildirib.

Sergey Markov: O, bizim qalib Qırmızı Ordunun arxa cəbhəsinə təxribatçılar hazırlayıb göndərirdi ki, onlar qətliam törətsinlər. Bildiyiniz kimi Ermənilər Armavirdə də, Njdeyə xatirə lövhəsi qoymağa çalışdılar. Bu qərar təbii ki , ləğv olundu. İndi Njdenin abidəsinin Qarabağda ləğv olunması və üstəlik, Njdenin adına salınmış Memorial komplekslərin Ermənistanın bütün ərazisindən götürülməsi üçün çalışırıq . Bir daha qeyd edirəm ki,Njde düşmənimiz Adolf Hitlerlə əməkdaşlıq edib və insanların öldürülməsinə kömək edən bir adam olub.

Xatırladaq ki, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov həmçinin səfər zamanı ermənistanın mina xəritələrini hələ də Azərbaycana təhvil verməməsinə də fikir bildirmişdi.O Minalanmış ərazilərin xəritələrinin verilməməsi sülh danışıqlarının kobud şəkildə pozulmasıdır fikrini səsləndirmişdi.

Nə düşünürsən?