Rusiya telekanalında Ermənistanı ərinə xəyanət edən qadınla müqayisə etdilər

  • 29.11.2017
  • 0

Rusiya telekanalı "NTV"-də yayımlanan “Görüş yeri” verilişinin növbəti mövzusu “Nə üçün Brüssel Ermənistanı “Şərq Tərəfdaşlığına” cəlb edir?” olub. Oxu.Az-ın məlumatına görə, verilişin gedişatında assosiasiya haqqında Ermənistanla sazişin ilk dəfə 2013-cü ildə təklif olunduğu bildirilib. O zaman Ermənistan həmin sənədi imzalamaqdan imtina etmişdi. Dörd ildən sonra bir neçə prinsipial bəndlər çıxarıldıqdan sonra həmin sənəd yenidən imzalanmaq üçün Ermənistana təqdim olunub. Yeni sazişə əsasən, Yerevan mülki cəmiyyətinin inkişafına, korrupsiya ilə mübarizəyə vəsait alacaq, Ermənistan biznesinin Avropa bazarına çıxışının şərtləri sadələşdiriləcək. Verilişdə çıxış edən politoloq Oleq Baranov bildirib ki, Avropanın Ermənistana ehtiyacı yoxdur. “Məqsəd çox sadədir – Avropa İttifaqının içərisində hərc-mərclik yaratmaqdır. Bu məsələdə sual Avropaya deyil, Ermənistana ünvanlanmalıdır”.

Nə düşünürsən?