Rus sülhməramlıları Xankəndidə təlim keçdi

  • 03.02.2021
  • 127 baxış
  • 0

Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları Xankəndi şəhərindəki poliqonda ZTR-82 ştatlı texnikadan planauyğun atəş açılması təlimi keçirib. Axar.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Təlim zamanı ekipaj üzvləri nəzəri və praktik tapşırıqları icra ediblər. Təlimə 200 rusiyalı hərbçi qatılıb.

Nə düşünürsən?