"Rossiya 1"-in efirində Qarabağla bağlı şok

  • 14.11.2020
  • 5.4K baxış
  • 0

Rusiyanın "Rossiya 1” telekanalında yayımlanan "60 minut” ("60 dəqiqə”) verilişində qonaq olan Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, "Kommersant” Nəşrlər Evinin Xarici siyasət şöbəsinin müdir müavini Aleksey Naumov Kəlbəcəri tərk edən ermənilərin oradakı evlərini, mağazalarını və digər tikililəri yandırmasını əks etdirən videogörüntüləri şərh edib. Metbuat.az Qafqazinfo-ya istinadən bildirir ki, Aleksey Naumov bunları deyib: "Biz yadda saxlamalıyıq ki, Qarabağ - Azərbaycandır. Bu torpaq isə beynəlxalq hüquqla ona məxsusdur, o bu torpağın qaytarılması uğrunda vuruşub. Ən maraqlısı odur ki, Azərbaycan Şuşanı tutduqdan sonra – zəfərdən əvvəl dayandı və sülhməramlıların buraxılmasına və rayonları mərhələ-mərhələ, yavaş-yavaş Azərbaycana qaytarılmasına alicənabcasına razılıq verdi. Azərbaycanın özünü bu vəziyyətdə bundan artıq necə alicənab apara biləcəyini təsəvvür etmirəm. Ermənilərə bu rayonlardan çıxmaları üçün bir həftə verdilər”. Bununla belə, Naumov xatırladıb ki, 1993-cü ildə azərbaycanlılar Kəlbəcərdən çılpaq, ayaqyalın qaçırdılar, kim qaçmırdısa, o biri şəhərə yox, "o biri dünya”ya gedirdi: "Tamamilə faciəli vəziyyət, hansını ki, unutmaq olmaz. Bəli, bu, çoxdan olub, amma biz bunu unuda bilmərik. Ən əsası odur ki, biz bu gün Ermənistan hakimiyyətinin özünü necə apardığını görürük. Aydındır ki, hərbi məğlubiyyətdən sonra qisas almaq çox istəyirsən, yumruğunu sıxmaq və onların hesab etdiyi kimi - "özünkünü” qaytarmaq istəyirsən. Lakin biz revanşizmin nəyə gətirib çıxardığını bilirik. Biz bunu Avropada 20-ci əsrdə çox gözəl

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?