"Respublikanın "baş ağsaqqalı" yol kəsənlik edir"

  • 01.01.2021
  • 0

Hokm.az xəbər verir ki, Ağsaqqallar Şurasına tələm-tələsik sədr seçilən deputat, Azərbaycan Kooperasiya Universitetinin (AKU) rektoru Eldar Quliyevin Atçılıq İdman Mərkəzinin həndəvərindəki yolu daraldaraq mənimsədiyi ərazini yeni inşa etdirdiyi stadiona qatması ciddi tənqidə tuş gəlib. Gediş-gəlişi əngəllənən sakinlərin haqlı narazılıqlarını ifadə edən məqalələr “Deryaz.az” saytında da dərc olunub. Universitet rəhbərliyi tərəfindən paytaxtın Nəcəf Nərimanov küçəsində görülən işlər (yəni, 4 metrlik ikitərəfli magistral yolun 1 metrinin daraldılması) tam qanuni olduğu, həmin ərazinin çox-çox illər əvvəl özəlləşdirildiyi bildirilsə də, məsələ ilə bağlı etirazlar səngimir. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini İradə Mahmudova tərəfindən redaksiyamıza (20.10.2020-ci il tarixli 630 nömrəli məktubumuza cavab olaraq) ünvanlanan 18.11.2020-ci il tarixli 1/808 saylı məktubda bildirilir ki, sözügedən növ və həcmli tikililərin inşasına icazə verilməsi Nərimanov RİH-nin səlahiyyətləri xaricindədir: “Əlavə olaraq bildiririk ki, əldə etdiyimiz məlumata əsasən, həmin stadionun layihə sənədləri Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır”. Maraqlıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı aparatının rəhbəri cənab Elgün Həbibullayev Bakı ŞİH-nə ünvanladığımız məktubu baxılması üçün Nərimanov RİH-nin başçısına göndərmişdir. Haqlı olaraq sual yaranır: Əgər həqiqətən də “sözügedən növ və həcmli tikililərin inşasına icazə verilməsi Nərimanov RİH-nin səlahiyyətləri xaricindədirsə”, bunu Bakı ŞİH niyə bilmir və məktubumuzu cavablandırmaq üçün Nərimanov RİH-nə göndərir? Bu mövzuda qələmə aldığımız əvvəlki məqalələdən sitat gətiririk: “Eldar Quliyev çox fürsətcil ağsaqqaldır. Pandemiyanın tüğyan etdiyi dönəmdə əsasını qoyduğu planı “blits-kriq”lə bitirmək üçün kişi elə bil müharibənin başlanmasını, ölkə rəhbərliyinin və elə hamının – xalqın, cəmiyyətin başının qarışmasını gözləyirmiş kimi, rektoru olduğu Azərbaycan Kooperasiya Universitetinin və kollecinin bayrağı altında ekspansiya siyasəti yürüdərək el arasında “Skaçka” kimi tanınan Atçılıq İdman Mərkəzinin həndəvərini işğal etdi. Adını da qoydu ki, bəs guya Universitetin balansında olan torpaq sahəsi üzərində qapalı stadion inşa etdirir və bu qurğu “uşaq və gənclərimizin sağlam həyat tərzinə cəlb olunması işinə xidmət edəcək”. Və… əcəb də xidmət edir: Artıq məlumat var ki, stadionda bir saat oynamaq üçün idman həvəskarları 1 saatına 30-60 manat ödəməlidirlər. Məsələ burasındadır ki, Eldar Quliyevin tikdirdiyi stadion Nəcəf Nərimanov küçəsindəki yolun kənarındakı piyada səkisini də zəbt edib və gediş-gəlişi əngəllənən sakinlər haqlı narazılıqlarını daha yüksək tribunadan eşitdirmək üçün kütləvi informasiya vasitələrinə müraciətlər edirlər. Sovetlərdən ətalət qüvvəsi ilə yalnız adı qalmış “kooperasiya işi təhsilini” ən aşağı reytinqli ali məktəbdə “yaşadan” rektor-deputat-ağsaqqal bu layihəsinə qanuni don geyindirmək üçün 50 illik kif basmış sənədləri nümayiş etdirsə də, ilk əvvəl Nərimanov Rayon İcra Hakimiyyəti futbol meydançasının tikintisini dayandırıb”. Niyə dayandırıbmış? Əgər həqiqətən də “sözügedən növ və həcmli tikililərin inşasına icazə verilməsi Nərimanov RİH-nin səlahiyyətləri xaricindədi

Nə düşünürsən?