Qələbəyə az qalmış şəhadətə yüksəlmiş komandir

  • 23.12.2020
  • 0

44 günlük Vətən müharibəsində böyük şücaiət göstərən qəhrəmanlarımızdan biri də şəhid komandir Habil Əbdürrəhimovdur. Unikal.org xəbər verir ki, o, Sərhəd Qoşunlarında bölük komandiri işləyib. Xudafərin körpüsünə gedən ilk hərbçilərdən olub. Vətən müharibəsi boyunca xüsusi şücaətilə fərqlənib, hətta növbəti hərbi rütbəni döyüşlərin gedişi zamanı alıb. Şəhid komandir Habil Əbdürrəhimov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Nə düşünürsən?