Qələbə ilinin hesabatı verildi

  • 27.05.2021
  • 0

“Koronavirus pandemiyasına, 44 günlük müharibəyə, qlobal iqtisadi böhrana, neftə tələbatın və onun qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də apardığı uzaqgörən siyasət və atdığı çevik addımlar nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub-saxlanıb”.

Bunu Milli Məclisin iclasında 2020-ci il üçün dövlət büdcəsinin icrası ilə bağlı aparılan müzakirələrdə Maliyyə naziri Samir Şərifov bildirdi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dedi ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə indiyədək görülmüş işlərin içərisində ən böyüyüdür.

Millət vəkilləri 2020-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı fikirlərini bildirdilər.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirdi ki, Palata 2020-ci il üçün dövlət büdcəsinin icrası ilə bağlı 4 istiqamətdə qiymətləndirmə aparıb və müsbət rəy verib.

Nə düşünürsən?