Qazilərimiz Türkiyədə müalicə edilir

  • 10.04.2021
  • 0

5 aylıq övladını hələ də qucağına ala bilməyən Elşən Qarabağ uğrunda döyüşənlərdəndir.

Elşən “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib. Qarabağ uğrunda gedən 44 günlük müharibədə o, onurğasından yaralanıb.

Aldığı qəlpə yarası Elşənin ayaqlarini hərəkət etdirməsində və gəzməsində problemlər yaradıb.

“YAŞAT” Fondunun Türkiyəyə göndərdiyi onlarla qazi qardaş ölkənin müxtəlif xəstəxalarında müalicə olunur.

Bəxtiyar İsmayılov, Elmar Nəsirov da onlardan biridir.

Fizioterapevt və reabilitoloq Nurten Küçükçakır deyir ki, qazilər arasında ağır yaralanan və yarası nisbətən yüngül olanlar var. Onlarda qəlpənin yaratdığı fiziki məhdudiyyəti aradan qaldırmaq üçün müalicə mərhələli şəkildə həyata keçirilir.

Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanan Ehtiram fiziki terapiyanın ilkin mərhələsindədir.

Röyal Qarabağ müharibəsində 34 gün döyüşüb. Vətən uğrunda mübarizə aparan Röyal indi də sağlamlığı uğurdan mübarizə aparir. İstəyi tez bir zamanda ayağa qalxmaqdır.

Qeyd edim ki, Türkiyədə müalicə və reabilitasiya prosesini keçən qazilərimizin bütün xərcləri “YAŞAT” Fondu tərəfindən ödənilir.

Vətənə və sağlamlığına qovuşub uğrundan döyüşdüyü torpağa ayaq basmaqdır Röyalın da arzusu. Hələliksə edə biləcəyi budur. Əzizlərinə REAL TV vasitəsiylə salam göndərmək.

REAL TV, Türkiyə

Nə düşünürsən?