“Qarabağın statusu Əliyevin dediyi kimidir, gorbagor oldu"

  • 01.02.2021
  • 0

14 oktyabrda müharibəni dayandırmaq üçün imkan var idi. Bu barədə Çiçəklənən Ermənistan fraksiyasından olan Ermənistan parlamentinin üzvü Naira Zöhrabyan Feysbuk səhifəsində yazıb. “14 oktyabrda müharibəni dayandırmaq üçün imkan var idi. Həmin vaxt itkilərimizin sayı rəsmi məlumatlara görə 800-ü keçmirdi. Oktyabrın 14-də ikinci mərhələdə Qarabağın statusu məsələsini həll etmək imkanı da olmuşdu. Nikol Paşinyan da bu təklifi “Lavrovun pis planı” hesab edərək rədd etdi. İndi Qarabağın 75 faizini itirdik, minlərlə qurban, minlərlə itkin düşən, minlərlə əlil və minlərlə deportasiya olunanımız var. Qarabağın statusu məsələsi isə, Artsrun Ovannisyanın söz ehtiyatından istifadə etsək, Əliyevin dediyi kimi, “gorbagor” oldu. Bax belə”, – deyə siyasətçi yazıb.

Nə düşünürsən?