Qarabağdakı rus ordusunu qovmaq lazımdır - ŞOK SƏBƏBLƏR

  • 21.11.2020
  • 0

Xəbərləri ilk oxumaq üçün Abunə Ol ►►► Xəbərləri ilk oxumaq istəyirsən? ►►► Kanalımıza ABUNƏ olun ►►► Bildiriş olaraq gəlməsi üçün "zınqırov" işarəsinə vurun! ►►► Əlavə məlumat və ya gördüklərinizi çəkib, şikayətlərinizi bizə ata biləcəyiniz WhatsApp nömrəmiz ►►► (+99455) 653 35 14 ►►► Kanalımıza Youtube üzərindən abunə olmaq üçün linkə daxil olun ⤵⤵⤵⤵⤵⤵⤵⤵⤵⤵⤵ ► https://goo.gl/xjWq9v Xəbərin mətni ⤵⤵⤵ ► Qarabağdakı rus ordusunu qovmaq lazımdır - ŞOK SƏBƏBLƏR ◄ ► Rus ordusu Azərbaycan xalqının ona nifrətini bildiyi üçün Qarabağa Ermənistandan getdi. Bu sözləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib. Onun sözlərinə görə illərlə Azərbaycan xalqının qanını tökmüş, başına olmazın faciələrini gətirmiş rus ordusunun Qarabağda sülhməramlı missiyanı layiqincə, şərəflə icra edəcəyi böyük şübhə doğurur. “Biz rusların ən yaxın tariximizdə törətdiklərini, Xocalı, 20 Yanvar faciələrində xalqımıza necə divan tutduğunu, ermənilərə havadarlıq etdiyini unutmamışıq” deyən siyasi şərhçi hər bir halda ehtiyatlı olmağı məsləhət görüb. Mübariz Göyüşlü deyib ki, geosiyasi şərtlər imkan verən kimi Azərbaycan torpaqlarını işğaldan azad etdi. Sitat: “Ali Baş komandan İlham Əliyev geosiyasi şərtlər imkan verən kimi erməni işğalçılarını torpaqlarımızdan qovdu. Hesab edirəm ki, geosiyasi reallıqlar dəyişən kimi sülhməramlı adı altında Qarabağa yerləşən rusları da iti qovan kimi qovacağıq. Bir çoxlarımız bunun mümkünsüz olduğunu düşünürük. Xatırladım ki, 30 ildir dondurulmuş münaqişənin həll ediləcəyinə, torpaqlarımızın murdar ermənilərdən azad ediləcəyinə, Qəbələ RLS-dən rus ordusunun çıxarılacağına da heç kim inanmırdı. Ancaq Azərbaycan güclənən kimi bütün bunları gerçəkləşdirdi. Mən bu gün də inanıram ki, müasir Azərbaycan bir az daha güclənən kimi dünyanın ən güclü ordusuna sahib olan Türkiyənin də dəstəyilə Qarabağdakı rus qoşunlarını da, erməni terrorçularını da qovacaqdır”. Sitatın sonu.

Nə düşünürsən?