Qarabağa qayıdacaqsınızmı? Məcburi köçkünlər arasında VİDEOSORĞU

  • 09.01.2021
  • 0

Hökumət işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı genişmiqyaslı işlərə start verib. Indi qarşıda duran məsələlərdən biri də keçmiş məburi köçkünlərin bərpa olunmuş ərazilərə köçürülməsi və ilkin mərhələdə tələbata uyğun infras truk turun , yaşayış yerlərinin yaradılmasıdır. Köçürülməsi nəzərdə tutulan sosial qrup da iki yerə bölünür. Bunlardan bir qismi dövlət tərəfindən mənzillə təmin olunub və ya şəxsi imkanları hesabına normal şəraitə sahib olub. Digər bir qism isə hələ də çətin şəraiti olan yataqxanalarda yaşamaqda davam edir. Kimlər ilk növbədə köçüb həyatını Dağlıq Qarabağ və ətraf rayonlarda davam etməyə hazırdır? Dövlət başçısı İlham Əliyev də məhz bu istiqamətdə keçmiş köçkünlər arasında qayıdışla bağlı sorğular keçirilməsini vacib sayır. Sitat: “Mən bu yaxınlarda Prezident Adminis trasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar". Musavat.com olaraq biz də bu prosesə tövhə vermək üçün məcburi köçkünlərin sıx yaşadığı yataqxanalara baş çəkib onlar arasında sorğu keçirdik.

Nə düşünürsən?