Qarabağ turizm mərkəzinə çevrilir

  • 24.03.2021
  • 0

İnfrastrukturun bərpası Qarabağa turist səfərlərinə imkan verəcək.

Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin çox növləri - eko turizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar var.

Ekspertlər hesab edirləri ki, Azərbaycanın bu qədim tarixə malik olan bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistləri cəlb edəcək.

İlk növbədə şğaldan azad olunmuş ərazilərə vətəndaşlarımızın geri qayıtması, yaşayışın və infrastrukturun bərpası, orada təhlükəsizliyin təmin olunması gərəkdir. Bundan sonra Qarabağa istirahət məqsədli səfərlər təşkil oluna bilər.

Dövlət Turizm Agentliyi hesab edir ki, 2021-ci il Azərbaycan turizmində yeni bir təkan olacaq. Agentlik inanır ki, azad olunan Qarabağda turizm böyük sürətlə inkişaf edəcək.

Nə düşünürsən?