Qarabağ erməniləri işıq və qazı kimdən alacaq?

  • 15.03.2021
  • 0

Qarabağ azad edildikdən sonra orada yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarının kommunal xidmətlərinin kim tərəfindən həyata keçiriləcəyi barədə suallar aktuallaşır.

Axar.az xəbər verir ki, İctimai Televiziyanın efirində yayınlanan “Diqqət mərkəzi. Yekun” siyasi tok-şousunda politoloq Eldar Namazov bu barədə ona ünvanlanan suala cavab verib. Eldar Namazov bildirib ki, son günlər həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində, mediasında bu mövzu müzakirə edilir:

“Qarabağdakı ermənilərin enerji təminatının və kommunal xidmətinin kim tərəfindən həyata keçiriləcəyi haqda çox yazılır, deyilir. Məsələn, Ermənistan mətbuatı yazır ki, Qarabağın enerji təminatını bir neçə ildən sonra Azərbaycan tərəfindən həyata keçiriləcək”.

Eldar Namazov qeyd edib ki, Qarabağ Azərbaycan ərazisidir və əgər orada qalıb yaşayan erməni mənşəli əhali Azərbaycan pasportunu qəbul edərsə, əlbəttə ki, Azərbaycan vətəndaşları olaraq onların da enerji, kommunikasiya təminatları Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək.

Nə düşünürsən?