Qarabağ bölgəsinin su təsərrüfatı

  • 04.05.2021
  • 0

Azərbaycanın su ehtiyatları orta hesabla 30 kubkilometrdir. Bunun üçdə iki hissəsi tranzit axımın payına düşür, 10 kubkilometri isə sərhədlərimiz daxilində formalaşır. İşğaldan azad olunan ərazilərin su ehtiyatları təxminən 780 milyon kubmetrdir. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir.

İşğal dövründə Azərbaycan böyük çayların su ehtiyatlarından məhrum olduğundan, əkin sahələrinin suvarılmasında, xüsusilə bitkilərin vegetasiya dövründə, çətinliklər yaranırdı. Ermənilər ekoloji terror törədərək həmin çayların sularını dağətəyi ərazilərə buraxmırdılar.

Meliorasiya və su təsərrüfatı ASC-in sədr müavini Rafiq Aslanov bildirdi ki, ərazilər işğaldan azad olunandan sonra Qarabağda su təsərrüfatı ilə bağlı layihələr işənib hazırlanır. Hazırda da ərazilərdə inventarlaşma aparılır.

Bildirildi ki, ərazilər işğalda olarkən Ağdamda yerləşən 23 milyon kub metrlik Xaçınçay su anbarında Ermənistan tərfi çayın iqtiqamətini əks tərəfə dəyişdirdiyindən anbara su daxil olmurdu. Artıq o problemlərin də qarşısı alınıb və anbara 12 milyon kub metrdən çox su toplanıb və 350 hektardan artıq əraziyə anbardan su tədarük olunub.

Suqovuşan, Xaçımçay və Köndələn çay su anbarının yenidənqurulması ilə bağlı qiymətləndirilməsi mayın 17-nə 18- nə qədər yekunlaşacaq.

 

Nə düşünürsən?