Qadına məxsus təqaüd kartını oğurlayan şəxs tutuldu

  • 19.02.2021
  • 35 baxış
  • 0

Zaqatalada qadına məxsus təqaüd kartını oğurlayan şəxs saxlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Göyəm kənd sakini, yaşadığı evdən ona məxsus təqaüd kartının naməlum şəxs tərəfindən oğurlandığını və hesabında olan 1043 manat pulun çıxarıldığını bildirib.

Keçirilən əməliyyat nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də məhkum olunmuş Vüsal Ramazanov yaxalanıb. 

Araşdırma zamanı onun ayrı-ayrı vaxtlarda kartın balansında olan pulları çıxararaq öz əyləncəsi üçün xərclədiyi məlum olub. 
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Nə düşünürsən?