Qadağa aradan götürüldü

  • 08.04.2021
  • 0

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor”) aprelin 9-dan etibarən daha 7 Azərbaycan müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.

 "Rosselxoznadzor"in verdiyi məlumata görə, qərar birgə video-müayinələr zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə verilib.

Nə düşünürsən?