Putindən Nikola: Bu, fövqəladə vacib məsələdir!

  • 08.04.2021
  • 0

Regionun nəqliyyat marşrutunun bərpası Ermənistana inkişaf üçün yeni imkanlar verəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyana Moskvada görüşündə deyib.

“Əlbəttə, bizim ikitərəfli əlaqələrin qurulması planı ilə bağlı müzakirə etməli məsələlərimiz var. Ən aktualı və ən ciddi problem isə Dağlıq Qarabağ və onun ətrafındakı situasiyanın normallaşması ilə bağlıdır”, - Putin bildirib.

Putinin sözlərinə görə, strateji xarakter daşıyan ikitərəfli münasibətlərlə bağlı geniş danışmağa ehtiyac yoxdur:

“Amma bütün hallarda Ermənistan iqtisadiyyatına yatırılan investisiyanın 40 faizinin Rusiya mənbəli olduğunu xatırlatmağa ehtiyac hiss edirəm. Bizdə ticarət dövriyyəsi qənaətbəxşdir. Buna baxmayaraq, müxtəlif səbəblərdən, əsasən də koronavirusa görə ötən il azalmalar müşahidə etdik”.

Putin əlavə edib ki, az öncə Rusiyanın baş nazir müavini Ermənistanda səfərdə olub:

“O, regionun inkişafı istiqamətlərinə tam olaraq müzakirələr aparıb. Vacib olan iqtisadi-ticari marşrutların bərpası imkanlarıdır. Bununla Ermənistan yeni inkişaf imkanları əldə edəcək. Mənim fikrimcə, bu fövqəladə vacib məsələdir”.

Nə düşünürsən?