Prokurorluq orqanlarına qəbul imtahanı keçirildi

  • 05.02.2021
  • 0

80 vakant ştat vahidi üzrə DİM-də imtahan keçirilib Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 vakant ştat vahidi üzrə elan edilmiş növbəti 22-ci müsabiqənin ilkin mərhələsi olan imtahan keçirilib. Ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasəti prokurorluq orqanlarında da davam etdirilməklə ali hüquq təhsilli gənc hüquqşünasların müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin edib. Prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş namizədlər üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 5 fevral 2021-ci il tarixdə saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin inzibati binasında keçirilib. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılır və imtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaqdır. Bundan əlavə, imtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin və Baş Prokurorluğun rəsmi internet saytlarında yerləşdiriləcəkdir. Test imtahanından tələb olunan keçid balını toplamış namizədlər müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanacaqlar. Qeyd edək ki, yazılı imtahan başa çatdırılaraq nəticələri elan edildikdən sonra müvəfəqiyyət qazanmış namizədlərin müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilməsi təmin ediləcək və müsabiqənin sonuncu müsahibə mərhələsinə buraxılacaqlar. REAL

Nə düşünürsən?