Prezidentin Hacıqabul səfəri

  • 21.04.2021
  • 0

Prezident İlham Əliyev Hacıqabul rayonuna səfərə gəlib. Dövlət başçısı Ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Ölkə başçısı Hacıqabul Sənaye Məhəlləsinin açılışında da iştirak edib. Sənaye məhəlləsində yerləşən müəssisələr barədə Prezident İlham Əliyevə məlumat verilib.

İlham Əliyev yenidənqurmadan sonra istifadəyə verilən Hacıqabul-Muğan avtomobil yolu ilə də tanış olub. Ölkə başçısına uzunluğu 11,5 kilometr olan yolun texniki göstəriciləri barədə məlumat verilib.

Prezidenti İlham Əliyev Hacıqabul rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə də tanış olub. Dövlət başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.

İlham Əliyev Hacıqabul rayonunda "Aqro Dairy" Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkının təqdimatında da iştirak edib.

Hacıqabulda 110/35/10 kilovoltluq "Qarasu" yarımstansiyası istismara verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib."Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verib.

Prezident İlham Əliyev Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışında da iştirak edib.

Dövlət başçısına aqroparkla bağlı məlumat verilib.

Bildirilib ki, müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 5 min baş iribuynuzlu heyvan saxlanılır. Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Suvarma üçün burada iki süni göl də yaradılıb.

Sonda Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

REAL

Nə düşünürsən?