Prezident Azərbaycan-İran sərhədini “Dostluq sərhədi” adlandırıb

  • 17.11.2020
  • 0

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Oxu24.com xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram hesabında sözügedən səfərdən video paylaşıb. Görüntüdə dövlət başçısı maşını özü idarə edir və əli ilə Araz çayıyla Azərbaycan-İran sərhədini göstərir. Prezident sərhədi göstərərkən "Dostluq sərhədi" ifadəsini işlədir.