"Peyvənd orucu pozmur, peyvənd vurduran zaman özüm oruc idim"

  • 07.04.2021
  • 0

Ramazan ayı boyunca vaksinasiya prosesi davam etdiyindən, insanlar oruc halında peyvənd vurdura bilərlər.

Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, peyvənd vurdurmaq orucu pozmur:

“Mən özüm də vaksinasiya prosesindən keçmişəm və peyvənd vurduran zaman oruc idim. Həkimlərlə də məsləhətləşdik, bunun hər hansısa zərəri yoxdur və şəriətə görə də oruc halında vaksin olunmaq qadağan deyil”.

Nə düşünürsən?