Paşinyanın generalından sirli cavab: Putini izləyin

  • 19.11.2020
  • 0

Qarabağ razılaşması erməni tərəfinin maraqları baxımından çox pisdir, bununla belə bu, həm də çətin situasiyada məcburi atılmış addımdır. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş Qərargahının keçmiş rəisi Artak Davtyan deyib. O, hazırkı Baş Qərargah rəisinin “çox pis” və “faciə” arasında seçim etmələri barədə bəyanatı ilə razılaşdığını bildirib. Davtyan müharibənin niyə tez dayandırılmaması ilə bağlı suala cavab vermək üçün Vladimir Putinin çıxışına baxmağın gərəkli olduğunu deyib. Qeyd edək ki, Putin bundan öncəki çıxışında oktyabrın 19-da Ermənistana 7 rayonun və Şuşaya məcburi köçkünlərin geri qaytarılması ilə bağlı təklif irəli sürüldüyünü, amma Paşinyanın bununla razılaşmadığını bildirmişdi. Davtyan son günlərə qədər Ermənistanın silah sənayesinə cavabdeh olub. Paşinyan müharibədən dərhal sonra onu da vəzifəsindən azad edib.

Nə düşünürsən?