Paşinyandan SENSASİON ETİRAF: Əraziləri qaytarmasaq

  • 28.12.2020
  • 0

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan istiqamətində Sovet Ermənistanının sərhədlərinə çəkilib. Publika.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan İctimai Televiziyaya verdiyi müsahibəsində danışıb. O bildirib ki, bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonası ilə erməni qoşunlarının nəzarəti altındakı zona üst-üstə düşəcək və KTMT qüvvələri artıq harada reaksiya göstərə biləcəyini, haqqının olmadığı yerləri müəyyənləşdirəcək. N.Paşinyan cəmiyyətdə iddia olunanların əksinə, azərbaycanlıların Ermənistan ərazisinə girmədiklərini, Sünik bölgəsinin heç bir ərazisinin "işğal" olunmadığını sözlərinə əlavə edib. O, erməni qoşunlarının Qarabağın Kəlbəcər, Zəngilan və Qubadlı (44 günlük müharibədən sonra Azərbaycana məxsus rayonlar ermənilər tərəfinən artıq özlərinin uydurma adları ilə deyil, tarixi adlarla qeyd olunur – red.) rayonlarının kiçik bir hissəsini əllərində saxladıqlarını qeyd edib. "Lakin bu ərazilər saxlanılmağa davam edərsə, Ermənistanın qanuni olaraq xarici ərazini işğal etdiyi ortaya çıxa bilər və müharibə Ermənistanın öz ərazisində gedə bilər", - deyə Paşinyan əlavə edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 44 günlük "Dəmir yumruq" əməliyyatı ərzində işğalda olan Azərbaycan ərazilərinin tamamilə erməni separatçılarından təmizləndiyini və orada heç bir erməni hərbi ünsürün olmadığını dəfələrlə bəyan edib. Görünür, Nikol Paşinyan hakimiyyətdə qalmaq üçün hələ də ictimaiyyətini aldatmaq metodundan yapışıb.

Nə düşünürsən?