Partiya sədrlərinin Ağdam səfəri

  • 18.03.2021
  • 0

Siyasətçilər işğal zamanı dağıdılmış tikililərlə tanış olub.

Azərbaycan dövləti , xalqı birlik nümayiş etdirərək Ermənistan işğalı altında olan torpaqlarını azad etdi. Ordunun Ali baş komandanı ətrafında milli birlik dəmir yumruğa çevrildi. Sadə Azərbaycan vətandaşından tutmuş siyasi partiyalara qədər bu birliyin möhkəmliyi bu dəfə azad edilmiş ərazilərə səfər zamanı özünü göstərir.

İqtidar, müxalifət, bitərəf, ümumiyyətlə siyasi partiya sədrləri birlikdə Ağdama səfər edib.

 

Ağdamda partiya sədrləri Ermənistan ordusu tərəfindən dağıdılmış tikililərlə tanış oldu.

Ermənistan işğalı zamanı dağıdılmış tarixi mədəniyyət abidələri, ictimai-iaşə obyektləri siyasi partiya sədrləri, politoloqlarda Azərbaycan ordusunun necə bir düşməni məhv etdiyini göstərir

Ermənistan ordusu 1993-cü ildə Ağdam rayonunu işğal edəndən sonra dini abidələrimizi, məscidləri də dağıdıb, onları təhqi edici vəziyyətə salıb.

Prezident, xalq, ordu birliyi bütün bunların qisasının alınmasında böyük rol oynayıb.

Səfər zamanı nümayəndə heyətini Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edib.

Nə düşünürsən?