Pandemiya qaydalarına nəzarət məqsədilə reyd keçirilildi

  • 09.04.2021
  • 0

Sumqayıt şəhərində karantin rejiminin qaydalarına əməl olunması ilə bağlı gündəlik olaraq reydlər keçirilir. 

APA TV-nin yerli bürosnun xəbərinə görə, bu məqsədlə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.Əhalinin sağlamlığını qorumaq prioritet məsələdir və Sumqayıt polisi də öz vəzifəsini şərəflə həyata keçirir.Gündəlik olaraq mobil qruplar yaradılır.Qrupun üzvləri sakinlər arasında profilikatiki söhbətlər aparırlar. Aparılan söhbətlərə rəğmən tibbi maskadan istifadə etməyənlər barəsində protokollar tərtib olunur.

Sumqayıt şəhər icra hakimiyyətinin tərkibində yaradılan mobil qrupun üzvləri də təşkil olunan reydlərdə iştirak edir.Reydlər  zamanı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsinin vəziyyəti yoxlanılır, mövcud çatışmazlıqlarla bağlı cavabdeh şəxslərə xəbərdarlıq edilir.Tədbirlər zamanı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin hər bir küçə və prospektində insanlarla izahedici söhbətlər aparir.Sakinlərtənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin vacibliyi barədə məlumatlandırılır. 

Reydlər zamanı şəhər ərazisində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən şəxslərə xəbərdarlıq edilir. Mağazalara maskasız daxil olan alıcılar və həmin obyektlərin əməkdaşları polislər tərəfindən cərimələnir. Reyd zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən cərimələnir. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülür, sürücülərə xəbərdarlıq edilir. Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən taksi sürücüləri, eləcə də avtomobilin ön oturacağında əyləşən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb..Hər kəs qoyulan tələb və qaydalara ciddi şəkildə riayət etsə,eyni zamanda vaksin olunsalar tez bir zamanda Kooronavirus bəlasından yaxa qurtara bilərik.

Nə düşünürsən?