Pakistan şirkətlərindən ölkəmizə dəstək

  • 17.03.2021
  • 0

Tezliklə Pakistan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə qoşulacaqlar. Bu haqqda Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee bildirib.

O həmçinin qeyd edib ki, “Hökumətlərarası münasibətlər kifayət deyil, iki ölkə arasında əlaqələrin dayanıqlı olması üçün xalqlararası münasibətlər də dərinləşməlidir”.

Bilal Hayee həmçinin Pakistanın Ermənistanla əlaqələr qurması üçün əsas şərti də açıqlayıb. Bildirib ki, əgər gələcəkdə Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşsa, biz də Ermənistanla əlaqələr qurmaq barədə düşünə bilərik. Pakistan Azərbaycan-Ermənistan münaqişəsində tərəf deyil.

Lakin biz hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləmişik.

Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Pakistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Pakistan bu gün” adlı seminar keçirilib. Tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee çıxış edərək jurnalistlərin suallarını cavablandırıblar.

Nə düşünürsən?