öygöl Milli Parkının ərazisinə balıq körpələri buraxıldı

  • 08.05.2021
  • 0

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı “Zəngin hövzələr” layihəsi çərçivəsində balıq körpələrinin növbəti buraxılışı həyata keçirilib. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, gənc könüllülərin iştirakı ilə 5000 ədəd qızılxallı balığının körpələri Göygöl Milli Parkının ərazisinə buraxılıb.

"Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, ötən ilin may ayında start verilmiş layihə çərçivəsində indiyədək ümumilikdə 2 milyona yaxın müxtəlifnövlü balıq körpələri buraxılıb. 

Nə düşünürsən?