Ölkəmizin nemətləri Moskvada

  • 06.03.2021
  • 0

İri ticarət mərkəzində milli məhsullardan ibarət guşənin açılışı olub
Rusiya federasiyasında Azərbaycan məhsullarından ibarət daha bir ticarət guşəsinin açılışı oldu. Rusiyadakı ticarət nümayəndəliyimiz tərəfindən “Tvoi Dom” hipermarketində “Azərbaycan nemətləri” adlı sayca üçüncü stend fəaliyyətə başladı.

Aclış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev bildirdi ki, Moskva şəhərinin sakinləri və qonaqları həm ləzzətli, həm ekoloji təmiz, həm də sərfəli qiymətə satılan Azərbaycan məhsullarına üstünlük verir. Qeyd olundu ki, bu cür layihələr hesabına Rusiyada milli məhsullarımızın satış həcmi 300 faiz artıb.

Hipermarketlər şəbəkəsinin reklam şöbəsinin müdiri Məhərrəm Əhmədov isə layihənin məqsədinin Azərbaycan məhsullarını Rusiya sakinlərinə daha geniş tanıtdırmaq olduğunu söylədi.

Milli şərablar, konserv məhsulları, qənnadı məmulatları, kənd təsərüfatı nemətləri, mürəbbə, çay və digər sovqatların satışa çıxarıldığı yeni stendlə tanış olan ekspertlər isə uğurlu təbliğatın rolunu qeyd etdilər:

"Reklam olunan və nümayiş etdirilən məhsullar İlkin olaraq təbii və dadlı olmalıdır. Təzə qida məhsullarına gəlincə isə əlbətdə onlar dadlı olur. ənənəvi kənd təsərüfatının Azərbaycanda inkişafını isə sadəcə alqışlamaq olar. Burada təşkil olunan bu tədbir də çox əhəmiyyətlidir. Bunlar diqqət cəlb edirlər. Məlumat hec zaman çox olmur. Həmişə əksik olur və bunu nəzərdə saxlamaq lazimdır. Çünki məlumat çox olanda onu analiz etmək olur, az olanda isə yox"

Milli məhsullarla tanış olan alıcılar həm də Azərbaycan musiqisi və rəqsləri ilə tanış olmaq imkanı da yaradıldı.

REAL -ın Rusiya bürosu

Nə düşünürsən?