Ölkəmizə 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq

  • 30.03.2021
  • 0

“İlkin mərhələdə 5 aprel tarixində Koreyadan “AztraZeneca” Şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək”.

APA TV-nin məlumatına görə, bunu GAVİ (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs  deyib. O bildirib ki,  vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq. Eləcə də, 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq.

Qeyd edək ki, ümumilikdə “AztraZeneca” Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub.

Nə düşünürsən?