Ölkəmizdə yeni ştamm təhlükəsi

  • 18.03.2021
  • 0

“CORONAVAC” peyvəndi virusun "Britaniya ştammı" üçün təsirlidir.

Bu gün Azərbaycanda koronavirusa 933 yeni yoluxma halı qeydə alınıb, 7 nəfər infeksiyanın qurbanı olub. "COVID-19"dan müalicə alan 256 nəfər sağalaraq evə buraxılıb.

Son günlər ölkədə koronavirusa yoluxma hallarının sayı artmaqda davam edir, bununla yanaşı bu günlərdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin verdiyi məlumata görə artıq Azərbaycanda da koronavirusun Britaniya ştammına yoluxma qeydə alınıb.

Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən məlumata görə dünyanın 110-dan çox ölkəsində qeydə alınan yeni ştamm Genetik Diaqnoz Mərkəzində Sars genom analizi edilən üç nümunədə aşkar edilib.

TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, Tibb üzrə elmlər doktoru professor bildirir ki, yeni ştamm pandemiyanın dominant törədicisinə çevrilib və onun əvvəlkindən fərqi yoluxuculuq qabiliyyətinin yüksək olmasıdır.

Nə düşünürsən?