Növbəti qayda pozanlar silsiləsi

  • 31.05.2021
  • 0

PATRUL.AZ qaynar xəttinə növbəti qayda pozan sürücülərin videogörüntüləri göndərilib.

24 may, 15:02 radələrində #99PS192 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ən sağ zolaqdan birbaşa sola dönüb və bu zaman qarşıdan gələn avtomobillərə də yol verməyib.

21 may, 15:28 radələrində #90KC554, #99LO357, #10PU100, #90PL196 dövlət qeydiyyat nişanlı avtomobillərin sürücüləri 1.3 nişanlanma xəttinin tələbini pozub və axına qarşı hərəkət ediblər.

27 may, 12:27 radələrində #90PR455 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Akim Abbasov küçəsində 1.3 xəttinin tələbini pozub və svetoforun qırmızı işığında hərəkəti davam etdirib.

28 may, 19:30 radələrində #10PS514 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə 1.3 nişanlanma xəttinin tələbini pozaraq axına qarşı hərəkət edib və baş yolla gedən avtomobilə yol verməyib.